Pelvik sağlamlıq

Pelvik dib əzələləri: reabilitasiya niyə vacibdir?

Qısa cavab

Pelvik dib əzələləri sidik və nəcisin saxlanmasında, cinsi sağlamlıqda, doğuşda və gövdənin sabitliyində iştirak edir. Bu əzələlər hamiləlik, doğuş, əməliyyatlar və xroniki qəbizlik nəticəsində zəifləyə bilər. Qadınlarda gərginlik zamanı sidik qaçırmada pelvik dib əzələ məşqləri ilk seçim müalicəsi kimi tövsiyə olunur.

Aygün Ocaqzadə3 dəqiqəlik oxuÜmumi məlumat

Pelvik dib nədir?

Pelvik dib çanağın aşağı hissəsində "hamak" kimi yerləşən əzələ qrupudur. Sidik kisəsini, bağırsağı və qadınlarda uşaqlığı dəstəkləyir.

Zəifləmənin səbəbləri

  • Hamiləlik və doğuş
  • Çanaq nahiyəsində əməliyyatlar
  • Xroniki qəbizlik və gərginləşmə
  • Uzunmüddətli öskürək, artıq çəki
  • Yaşla və menopauza ilə bağlı dəyişikliklər

Hansı əlamətlər ola bilər?

  • Öskürərkən, asqırarkən, gülərkən və ya qaçarkən sidik qaçırma
  • Qəfil və güclü sidik ehtiyacı
  • Çanaqda ağırlıq və ya "aşağı düşmə" hissi
  • Qazı və ya nəcisi saxlamaqda çətinlik

Pelvik dib məşqləri

  • Qadınlarda gərginlik və ya qarışıq tipli sidik saxlaya bilməmədə nəzarət altında, ən azı 3 ay davam edən pelvik dib əzələ məşqləri ilk seçim müalicəsi kimi tövsiyə olunur.
  • Əzələni düzgün tapmaq çətin ola bilər. Ona görə məşqləri mütəxəssisdən öyrənmək məqsədəuyğundur.
  • Sidiyi yarıda saxlamaq müntəzəm məşq kimi tövsiyə olunmur.

Nə vaxt həkimə getməli?

Sidikdə qan, ağrı, təkrarlanan infeksiya, çanaqda əllə hiss olunan qabarıqlıq olduqda əvvəlcə uroloq və ya ginekoloqa müraciət edin.

Mənbələr

  1. NICE guideline NG123. Urinary incontinence and pelvic organ prolapse in women: management. 2019.
MüəllifAygün OcaqzadəFizioterapevt, Vertebra Onurğa Tibb Mərkəzi

Vertebra Onurğa Tibb Mərkəzi

Qəbula yazılış

Şikayət, uşaq üçün müraciət edirsinizsə, yaşı.

Göndərdikdə WhatsApp-da hazır mesaj açılır. Mesajı siz təsdiqləyib göndərirsiniz.