Konfranslar və çıxışlar

Konfranslar, vebinarlar və çıxışlar

Qısaca

Aygün Ocaqzadə 2026-cı ilin iyununda Bakıda keçirilən Asiya üzrə Beyin və Neyroelm Konqresində Vertebra Onurğa Tibb Mərkəzini təmsil edib. Tələbə ikən fizioterapiya təhsili mövzusunda vebinarda spiker kimi çıxış edib və abituriyentlərlə görüşüb.

Aygün Ocaqzadə Asiya üzrə Beyin və Neyroelm Konqresində, Radisson Hotel Baku
Asiya üzrə Beyin və Neyroelm Konqresi, Bakı

27–28 iyun 2026 · Radisson Hotel Baku

Asiya üzrə Beyin və Neyroelm Konqresi

Konqres Səhiyyə Nazirliyinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə OMP Academy tərəfindən Radisson Hotel Baku-da təşkil olunub.

Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyeva konqresdə "Neyromuskulyar skoliozun müayinə və müalicəsində yeniliklər. Skolioz və nevrologiya" mövzusunda məruzə ilə çıxış edib. Aygün Ocaqzadə və Rəfiqə Səfərli konqresdə klinikanı təmsil edərək beynəlxalq təcrübə mübadiləsində iştirak ediblər.

İştirakçı

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin xəbəri

Vebinar · ZOOM · tələbəlik dövründə

"Türkiyədə Fizioterapiya: Klinik Yanaşmalar və Təhsil Yolu"

Aygün Ocaqzadə vebinarın spikeri olub. O zaman İstanbul Medipol Universitetinin son kurs tələbəsi idi.

Mövzular

  • Türkiyədə fizioterapiya təhsilində klinik və akademik fərqlər
  • Gələcəyin fizioterapevti üçün lazım olan bacarıq və sertifikatlar
  • Müasir reabilitasiyada robotik texnologiyalar
  • İnsult və onurğa zədələrində beynəlxalq bərpa protokolları
  • Elmi araşdırma və iş axtarışı

Spiker

AzerEdu, Nərimanov filialı, Bakı · tələbəlik dövründə

Abituriyentlərlə görüş

  • Fizioterapiya və reabilitasiya ixtisası
  • Türkiyədə tələbə həyatı və klinik təcrübə
  • Beynəlxalq elmi fəaliyyətə yol

Qonaq spiker

Vertebra Onurğa Tibb Mərkəzi

Qəbula yazılış

Şikayət, uşaq üçün müraciət edirsinizsə, yaşı.

Göndərdikdə WhatsApp-da hazır mesaj açılır. Mesajı siz təsdiqləyib göndərirsiniz.