İlk həftələr
- Dizin tam açılması (ekstenziya). Aygün Ocaqzadə ilk həftələrdə bu hədəfi prioritet sayır. Diz tam açılmadıqda yeriş pozulur və dizin ön hissəsində ağrılar yarana bilər.
- Ödemin və ağrının azaldılması.
- Dördbaşlı bud əzələsinin aktivləşdirilməsi.
- Cərrahın icazə verdiyi yüklə yeriş.
Sonrakı aylar
- Güc, tarazlıq və hərəkət nəzarəti məşqləri tədricən ağırlaşdırılır.
- Greft bioloji sağalma dövründədir. Transplantasiya olunmuş toxuma ilk aylarda yenidən qurulur və bu dövrdə həssasdır. Üçüncü aya doğru ağrı çox vaxt azalır və "sağaldım" hissi yaranır. Lakin nəzarətsiz sıçrayış, qəfil dönmə və idmana erkən qayıdış təkrar zədə riskini artırır.
İdmana qayıdış
Qayıdış güc simmetriyası, sıçrayış testləri və psixoloji hazırlıq kimi meyarlara əsasən qərarlaşdırılır. Araşdırmalar əməliyyatdan 9 aydan tez idmana qayıdanlarda təkrar zədə riskinin daha yüksək olduğunu göstərir.
Nə vaxt dərhal cərraha müraciət etməli?
Qızdırma, kəsik yerində qızartı və ya axıntı, baldırda ağrı və şişkinlik, dizin qəfil boşalması (qeyri-sabitlik) və ya sürətlə artan şişkinlik.
Mənbələr
- van Melick N, et al. Evidence-based clinical practice update: practice guidelines for anterior cruciate ligament rehabilitation based on a systematic review and multidisciplinary consensus. Br J Sports Med. 2016;50:1506–1515.
- Grindem H, et al. Simple decision rules can reduce reinjury risk by 84% after ACL reconstruction: the Delaware-Oslo ACL cohort study. Br J Sports Med. 2016;50:804–808.